Bakıda gilavar əsəcək
17:23 – 11 Avqust, 2017

Avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 23-26, gündüz  31-36, Bakıda gecə  23-25, gündüz  34-36 dərəcə isti olacağı gözlənilir.
 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27,Türkan, Hövsan, Sahil, Şıxda  27-28 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  20-25, gündüz  34-39, dağlarda gecə 15-20, gündüz  25-30 dərəcə isti olacağı gözlənilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT