Göygöldə "Təmiz hava aylığı" tədbirləri: HAVANI ÇİRKLƏNDİRƏNLƏRİN AQİBƏTİ
17:25 – 11 Avqust, 2017

"Təmiz hava aylığı" çərçivəsində ölkə ərazisində aparılan yoxlamalar davam etdirilir.  APA TV-nin Qərb bürosunun məlumatına görə, növbəti reyd Göygöl rayonunda həyata keçirilib.

Dövlət Yol Polisinin Göygöl rayon bölməsi  tərəfindən aparılan reydlər zamanı bir sıra qanun pozuntuları aşkar edilib. Təxminən iki saat ərzində 30-dan artıq avtomobil  sürücüsünə qanuna müvafiq olaraq protokol yazılıb.

 

Aparılan yoxlamalar zamanı digər qanun pozuntuları da müəyyən edilib. Araşdırma zamanı avtomobillərini sənədsiz idarə edən sürücülər aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.


Analoji reydlərin bundan sonra da davam etdirilməsi planlaşdırılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT