Quldurluqla məşğul olan 23 yaşlı oğlan həbs olundu - QƏTL TÖRƏDİBMİŞ
17:57 – 11 Avqust, 2017

Gədəbəy sakininə qarşı quldurluq əməlinin üstü açılıb. APA TV-nin məlumatına görə, naməlum şəxs İnəkboğan kənd sakini Əjdər Ələkbərovun evinə qanunsuz daxil olaraq ona qarşı zor tətbiq edib, müxtəlif xəsarətlər  yetirərək pul tələb edib.

 

Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisəni  Qasımlı kənd sakini, 23 yaşlı Babək Məmmədov  törədib. Babək Məmmədov Əjdər Ələkbərovun evindən 1 ədəd “NOKİA” markalı telefonu götürərək hadisə yerini tərk edib. Aparılan istintaq  tədbirləri nəticəsində məlum olub ki, Babək rayon ərazisində daha bir analoji hadisə və 1 qəsdən adam öldürmə cinayəti törədib.  Təqsirləndirilən şəxs 2016-cı ilin dekabr ayında rayonun Qasımlı kəndində 71 yaşlı Səmayə Məmmədovanı yaşadığı evdə küt alətlə qətlə yetirilib. Hazırda göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT