Ekspert: "Məktəblərdə gender bərabərliyi pozulub"
18:27 – 11 Avqust, 2017

Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb. Bu mərhələdə namizədlər şəxsi səhifələrinə daxil olaraq topladıqları bala uyğun vakant yerləri seçəcəklər. Bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçiriləcək. Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi də başa çatıb. Aktuallığını səbəbindən müəllimlərin işə qəbul və düzgün ixtisas seçimi mövzusu APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında  müzakirə edilib.

 

Təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, ötən illərdən fərqli olaraq bu 10.000-ə yaxın vakant yer müsabiqəyə çıxarılıb: "Bütün ixtisaslar üzrə burada istisnalar oldu. Rayonlar üzrə 36 bal, Bakı şəhəri üzrə 48 baldan yuxarı nəticə göstərən müsabiqənin vakant yerlərini seçmə mərhələsinə buraxıldı". Təhsil üzrə ekspert onu da qeyd edib ki, ali təhsil müəssisələrinin buraxdığı kadrlar yerli tələbata uyğun deyil. "Toplanılan bal heç də bilik göstəricisi deyil, ola bilər ki, kimsə maksimum nəticə göstərir, lakin göstərdiyi nəticələr onun müəllim kimi mükəmməl fəaliyyətə başlamasına əsas vermir. Ona görə də bu il Təhsil Nazirliyi ikinci mərhələdə müəllimlərin psixoloji vəziyyətini, şəxsi kompitensiyaları, təhsil haqqında bilik və bacarıqlarını müəyyən edən ikinci mərhələ üçün müsabiqə mərhələsini başlayıb. Vakant yerlərini seçəndən sonra müəllimlər müsabiqə mərhələsinə qatılacaqlar" - Təhsil üzrə ekspert belə deyib.

 

Bu il tətbiq olunan yeniliklərdən danışan Kamran Əsədovun sözlərinə görə kimsə qəbul olunacağı yerdən imtina edərsə, müəyyən müddət ərzində, iki, yaxud üç il müddətində bir daha müəllimlərin işə qəbulunda iştirak etməyəcək.

 

Kamran Əsədov deyib ki, müsabiqədə iştirak edənlərin 70-i qadınlar təşkil edib: "Ən yüksək nəticə göstərənlər arasında xanımlar üstünlük təşkil edirdi. Orta məktəblərdə çalışanlar arasında gender bərabərliyi pozulub".

 

Təhsil üzrə ekspertin sözlərinə görə regionlarda yerləşən tam orta məktəblərin müəllimləri üçün həvəsləndirici tədbirlər nəzərdə tutulub.

 

Fənlər üzrə tələbata gəldikdə, K. Əsədov deyib ki, regionlarda kimya və biologiya müəllimlərinə daha çox ehtiyac var: "Daha çox müəllim ehtiyacı olan sahələr sırasında ilk yerlərdə ibtidai sinif müəllimliyi, Azərbaycan dili ədəbiyyat müəllimliyi, kimya, fizika, biologiya müəllimliyi ixtisası üzrə tələbat daha çoxdur. Vakant yerlərdə bu sahələr üstünlük təşkil edir".

 

Kamran Əsədov onu da qeyd edib ki, müəllimlərin yerdəyişməsində imtina olunmuş vakant yerlər birinci mərhələdə uğur qazana bilməyən şəxslər üçün çıxarılacaq: "Lakin birinci mərhələdə uğur qazana bilməyən müəllimlər ikinci mərhələdə uğur qazana bilməyəcəklər. Birinci mərhələ yalnız test mərhələsidir. Həmin mərhələdə toplanmış ballar müəllim adına yararlı olmaq demək deyil".

 

Abituriyentlərin ixtisas seçiminə toxunan Kamran Əsədov, valideynlərin övladlarına təsir göstərdiklərini söyləyib: "Təəssüflər olsun ki, bizdə ixtisas seçimi zamanı abituriyentlərə 15 ixtisas seçmək ixtiyarı verilib".   

 

   

 

X

XƏBƏRLƏR
BÖYÜT