Göygöldə VAZ markalı iki avtomobil toqquşub, yaralananlar var
00:38 – 12 Avqust, 2017

Bakı-Qazax magistral yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonunun Balçılı kəndi ərazisində qeydə alınıb. VAZ-2106 və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-2106-da olan Xaçmaz rayon sakini Hikmət Osmanov, Göygöl rayon sakini, 1992-ci il təvəllüdlü Tarzan Abdullayev və 1994-cü il təvəllüdlü Kamil Musayev xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT