Misirdə qatarlar toqquşdu: 36 ölü, 120 yaralı
00:39 – 12 Avqust, 2017

Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 120 nəfər xəsarət alıb. bu barədə Misir Səhiyyə nazirliyinin məlumatında bildirilir.

 

Qəza İsgəndəriyyə şəhəri yaxınlığında qeydə alınıb. Qahirə-İsgəndəriyyə marşrutu üzrə hərəkət edən qatar Port Səid şəhərinə gedən qatarla toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb.

 

İsgəndəriyyənin qubernatoru Məhəmməd Sultan qəzanın səbəbini açıqlayıb. O, bildirib ki, sərnişin qatarlarının toqquşmasında maşinistlərdən biri günahkardır. Belə ki, maşinist semaforun qadağanedici siqnalını görməyib. Qarşıda isə digər qatar var imiş və nəticədə faciə baş verib.

 

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

X

XƏBƏRLƏR
BÖYÜT