Goranboyda 57 yaşlı qadını maşın vuraraq öldürüb
05:14 – 12 Avqust, 2017

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Qızılhacılı kəndi ərazisində qeydə alınıb.  APA TV-nin qərb bürosunun məlumatına görə, yolu keçmək istəyən Qızılhacılı kənd sakini, 1960-cı il təvəllüdlü Həsənova Afərin Xəlil qızı VAZ-2107 markalı avtomobillə vurulub. Qadın dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 57 yaşlı qadını vuran maşın hadisədən sonra VAZ markalı başqa bir avtomobilə də çırpılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT