Tramp: “Venesuelaya qarşı hərbi əməliyyatı istisna etmirəm”
05:29 – 12 Avqust, 2017

ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı hərbi əməliyyatı nəzərdən keçirir. ABŞ lideri bunu dövlət katibi Reks Tillerson və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli ilə görüşdən sonra bəyan edib.

 

“Venesuela elə də uzaq deyil. Orada insanlar əzab çəkir, həlak olurlar. Venesuelaya dair bir çox variant nəzərdən keçirilir. Mən hərbi əməliyyat variantını da istisna etmirəm”, deyə D.Tramp bildirib.

 

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. İyulun 31-də ABŞ Venesuela prezidenti Nikolas Maduroya qarşı da sanksiya tətbiq edib. Ölkə müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti verilib. Aprelin əvvəlindən ölkədə davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 120-ni ötüb, 2 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

 

X

XƏBƏRLƏR
BÖYÜT