Neft bazarında qeyri-müəyyənlik: OPEK-İN PLANLARI POZULUR
10:44 – 12 Avqust, 2017

Şənbə günü satışlarında "Brent" markalı neft 51,99 dollardan satılıb. Qərbi Texas nefti isə 48,77 dollara təklif edilib. APA TV-nin məlumatına görə, cümə günü ilə müqayisədə qiymətlərdə bahalaşma qeydə alınıb.

Lakin bu bahalaşmanın müvəqqəti xarakter daşıdığını söyləmək olar.

 

Beynəlxalq Enerji Agentliyi Çin və Hindistan da daxil bir neçə inkişaf etmiş ölkədə neft ehtiyacının təxminlərdən az olduğunu açıqlayıb. Bununla da OPEK-in 2017-ci ilin ikinci yarısı üçün təxminləri özünü doğrultmayıb.

 

Hesabatda dünyanın bir çox əsas neft istehlakçısı olan ölkəsində ehtiyatların düşünüldüyündən çox olduğu açıqlanıb.

 

Eyni zamanda OPEK və hasilatı azaltmağa söz vermiş qeyri-kartel ölkələrinin razılaşmaya əməl edəcəyində şübhələr var. Bütün bu sadalananların qiymətlərin düşməsinə səbəb olacağı gözlənilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT