Polşadan tarixi ittiham: "II Dünya Müharibəsini SSRİ alovlandırıb" - MOSKVA CAVAB VERDİ
11:34 – 12 Avqust, 2017

"II Dünya Müharibəsinin əhatəsinin genişlənməsində SSRİ-nin müstəsna rolu olub".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu sensasion açıqlamanı Polşanın Xarici İşlər Nazirliyi yayıb. Nazirlik rəsmi bəyanatında iddialarını 1939-cu ildə Moskva ilə Berlin arasında Polşanın bölünməsi haqqında razılaşmanın imzalanması ilə əsaslandırıb.

 

Nazirlik bəyanatında o dövrdə müharibənin bilavasitə SSRİ-nin maraqlarına uyğun olduğunu da qeyd edib.

 

Polşa tərəfinin iddiasına rəsmi Moskvanın cavabı da gecikməyib. Federasiya Şurasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksey Puşkov iddialara "Twitter" hesabından münasibət bildirib:

 

"Yox, Cənab Vaşikovski. Bu müharibənin nəticələrini araşdırarkən Münhen sövdələşməsini xatırlamaq lazımdır. Qərb o zaman Çexoslovakiyanı Hitlerə verdi, Polşa da oradan öz payını götürdü".

 

"Pay" deyəndə senator Mərkəzi Avropa Regionundakı Sileziya vilayətini nəzərdə tutur.

 

Qeyd edək ki, II Dünya Müharibəsi ətrafındakı mübahisə bu ilin avqustunda Polşadakı sovet simvolikasının sökülməyə başlanmasından sonra alovlanıb.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT