Tramp və Çin lideri arasında "Pxenyan bazarlığı" - PEKİN KİMİ "SATDI"?
12:05 – 12 Avqust, 2017

ABŞ və Çin lideri arasında telefon danışığı olub. APA TV-nin məlumatına görə, bu barədə Ağ Evdən mətbuata açıqlama verilib.

Donald Tramp və Si Tszinpin BMT Təhlükəsizlik Şurasının bu yaxınlarda Şimali Koreyanın nüvə proqramı ilə bağlı qəbul etdiyi qətnaməni müzakirə ediblər.

Hər iki tərəf sənədin Koreya yarımadasında sülhün və təhlükəsizliyin təminatı baxımdan əhəmiyyətini qeyd edib.

Tramp və Tzsinpin Pxenyanın nüvə sınaqlarına dərhal son qoymasının vacib olduğunu bildiriblər.

Xatırladaq ki, son günlər ABŞ və Şimali Koreya arasında münasibətlər ən gərgin səviyyəyə çatıb. Tramp və Pentaqon rəhbəri Ceyms Mettis Amerika ordusunun hazır olduğunu, Şimali Koreyanın nüvə proqramına son qoymayacağı təqdirdə hərbi müdaxilənin qaçılmazlığını bəyan ediblər. Öz növbəsində Pxenyan Sakit okeandakı Quam adasında yerləşən ABŞ hərbi bazalarına zərbələr endirəcəyini bəyan edib.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da Şimali Koreyanın nüvə proqramının əleyhinə çıxış edib. O, eyni zamanda adı çəkilən iki ölkə arasında müharibə riskinin yüksək olduğunu vurğulayıb. Rusiyanın Uzaq Şərqdəki qoşunlarına isə döyüşə hazırlıq əmri verilib.



 

X

XƏBƏRLƏR
BÖYÜT