Yaponiya da müharibəyə qoşulmağa hazırdır - RAKETLƏR PXENYANA TUŞLANDI
12:48 – 12 Avqust, 2017

Yaponiya Raketdən Müdafiə Sistemlərinin üzünü Şimali Koreya istiqamətinə çevirib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunun rəsmi Pxenyanın açıqlaması ilə əlaqəli olduğu qeyd edilir.

Bir neçə gün öncə Şimali Koreya rəsmiləri Trampın hədələrinə cavab olaraq ABŞ-ın Sakit okeandakı Quam adasında yerləşən hərbi bazalarının vurulacağını bəyan edib. Bəyanatda vurğulanır ki, raketlər məhz Yaponiya üzərindən uçacaq.

Sözü gedən amerikalı istehsalı olan "Patriot PAC-3" müdafiə sistemi isə Şimali Koreyanın "Xvason-14" orta mənzilli ballistik raketlərini zərərsizləşdirməyə qadirdir.

Xatırladaq ki, rəsmi Tokio Şimali Koreyanın bəyanatını Yaponiya üçün milli təhlükə adlandırıb.


 

X

XƏBƏRLƏR
BÖYÜT