Toydan çıxan 8 ofisiant qəzaya düşdü: 1-i öldü, 7-si yaralıdır - ŞAMAXIDA
15:07 – 12 Avqust, 2017

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Şamaxı sakininə məxsus "VAZ 2106" markalı minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb.
 

Hadisə zamanı 8 nəfər - 2003-cü il təvəllüdlü Fərhadov Əli Qubad oğlu, 2002-ci il təvəllüdlü İsgəndərov Tərlan Elman oğlu, 1994-cü il təvəllüdlü Babakişiyev Zövqani Əmralı oğlu, 1988-ci il təvəllüdlü Cəbiyev Səxavət Cəmaləddin oğlu, 2002-ci il təvəllüdlü Hacıyev Rüfət Rövşən oğlu, 1995-ci il təvəllüdlü Hüseynov Muxtar Hüseyn oğlu, 1997-ci il təvəllüdlü Sadiqov İqrar Məmmədəli oğlu, 1991-ci il təvəllüdlü Kərimov Xətai Elton oğlu ağır bədən xəsarətləri aldığı üçün Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

       
Onlardan 4-ün vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Şamaxı sakini 1988-ci il təvəllüdlü Cəbiyev Səxavət Cəmaləddin oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, yaralıların hamısı Şamaxı şəhərindəki restoranlardan birində ofisiant işləyirlər və onlar toy mərasimindən çıxaraq evə gedərkən hadisə baş verib. Sürücünün toyda spirtli içki qəbul etdiyi bildirilir.

       
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

         
 

X

XƏBƏRLƏR
BÖYÜT