Şimali Koreyada səfərbərlik elan edildi - MİLYONLARLA İNSAN ORDUDA!
15:23 – 12 Avqust, 2017

Şimali Koreya ordusunun şəxsi heyəti 3 milyon 500 min nəfər artıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Pxenyan bunu ABŞ-la münasibətlərin kəskinləşməsi səbəbi ilə əlaqələndirib.
İnsanların könüllü olaraq orduya müraciət etdiyi bildirilir.
Könüllülərin əsasən tələbələr, fəhlə və kəndlilər, o cümlədən ehtiyatda olan hərbçilərdən ibarət olduğu deyilir.
Prosesin davam etdiyi qeyd edilir. Yaxın üç gündə bu sayın daha da artacağı proqnozlaşdırılır.
Xatırladaq ki, avqustun 11-də Pxenyanda yüz minlərlə insanın iştirakı ilə anti-ABŞ mitinqi keçirilib.


 

 

X

XƏBƏRLƏR
BÖYÜT