Berlin "Koreya böhranı"na reaksiya verdi: ALMANLAR KARİKATURA ÇƏKDİ
16:10 – 12 Avqust, 2017

Almaniya kansleri Angela Merkel Vaşinqton və Pxenyanı Koreya yarımadasındakı böhranın sülh yolu ilə nizamlanmasına çağırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, o, ABŞ və Şimali Koreyanın qarşılıqlı təhdidlərə son qoymalı olduqlarını da bildirərək, sərt ritorikanın regionda vəziyyəti daha da çətinləşdirəcəyini bildirib.

 

Bu arada sosial şəbəkələrdə ABŞ və Şimali Koreya liderləri arasındakı münaqişəyə aid karikatura yerləşdirilib. Rəsmdə hər iki lider əlləri bağlı təsvir olunub. Müəllif karikaturaya: "Tramp və Kim Çen In planetin ən dəlisi adı uğrunda mübarizə aparır" şərhini yazıb. 

 

X

XƏBƏRLƏR
BÖYÜT