İŞİD Suriyada illərdir nəzarət etdiyi bölgədən çıxarıldı
16:30 – 12 Avqust, 2017

Suriyanın Homs vilayətində İŞİD-in nəzarətində olan son qəsəbə terrorçulardan azad edilib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Homsla Rəqqa arasında olan Əl-Qadir qəsəbəsi artıq Suriya ordusunun nəzarətindədir.

Bölgəyə desant çıxarıldığı qeyd edilir: "Hazırda ordu Suriya səhrasına tərəf irəliləyir" - deyə, ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Əməliyyat gecə saatlarında başlanıb. Desant İŞİD-in 20 kilometr arxasındakı mövqelərə çıxarılıb. Hərbçilər həmin bölgədəndən irəliləyərək qarşıdakı qruplaşmanı tam zərəsizləşdirib. Əl-Qadirlə bərabər Hurbet Mekman qəsəbəsi də terrorçulardan təmizlənib.

Bundan başqa Suriya ordusunun Rəqqa istiqamətində 12 kilometr irəlilədiyi də verilən xəbərlər arasındadır. Həmin istiqamətdə isə Bir ar-Raxum kəndi İŞİD-dən geri alınıb.


Döyüşlərdə xeyli terrorçu, o cümlədən onlara aid hərbi texnika - 13 yük maşını, pulemyotlar quraşdırılmış 7 pikap, iki tank və bir neçə kiçik kalibrli top məhv edilib.

Bundan əvvəl isə ordu Homsda İŞİD-in "qalası" sayılan Əs-Sunxe şəhərini azad edib.
 


 

X

XƏBƏRLƏR
BÖYÜT