Samira və Niyamdan ŞOK AÇIQLAMALAR: “Müğənni qızı evində gəlin görən...”
18:21 – 16 Avqust, 2017

“May ayında istirahət etdim. Amma iyun, iyul, avqust aylarında dincələ bilməmişəm”. Bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan müğənni Samira Allahverdi deyib: “Bizim üçün dincəlmək sakitçilikdən ibarətdir. Gün ərzində səs-küy içində olduğuma görə sakitçiliyə ehtiyacımız var. Gedib bir dəniz kənarında sakit otursam, bu mənim üçün istirahət olacaq”.

 

Onun bu sözlərinə verilişin digər qonağı Niyam Salami də biganə qalmayıb: “Yeni restoran biznesi qurduğuma görə mən də dincələ bilmədim. Bu işi görmək bir risk idi. Ona görə də bütün diqqətimi bu istiqamətə yönəltdim. Bununla yanaşı mahnılar da yazdırdım, klip də çəkdirdim. Mən xoş sözlə də dincələ bilərəm. Vacib deyil ki, Bodruma gedim, orada rahatlıq tapım ”.

 

 

N. Salami müğənnilər arasında rəqabət məsələsinə də münasibət bildirib: “Şou-biznesdə elə də rəqabət yoxdur. Mənim bu sənətdə yalnız özümlə rəqabətim var. Hər zaman ancaq özümü danlayıram”.

 

S. Allahverdi Niyamla bu məsələdə fikirlərinin üst-üstə düşdüyünü bildirib.

 

Keçmişdən söz düşərkən N.Salami bildirib ki, müğənnilikdən əvvəl aşpaz kimi çalışıb və bunu ona heç kim irad tuta bilməz: “Normal insan elə söz danışmaz. Allahın insana bəxş etdiyi sənətə görə, lağ eləmək olmaz. Əvvəllər aşpaz işləməyimə lağ edənlər olub. Guya onu mənə deməklə qəlbimə toxunmaq istəyirlər. Əksinə, mən daha da fəxr edirəm. Qadınlar var ki, öz ərlərinə yemək bişirə bilmirlər. Mən çox sevinirəm ki, saç kəsə,  dizayn işi görə bilirəm ”.

 

S. Allahverdi isə bildirib ki, hazırda cəmiyyətdə çox tənqid olunan müğənnilər toylarda arzulanandılar: “Baxırsan ki, bir müğənnini tənqid edirlər, amma həmin ifaçı bütün günü toylardadır. Olsun, hərənin öz dövranı var. Hərənin öz ruzisi var. Ola bilər ki, mən o musiqini bəyənmirəm. Mən bəyənmədiyim bir müğənninin dinləyicisi də məni bəyənmir. Sabah gəlib mənə deyər ki, sənin də ifan mənə çatmır. Musiqinin pisi yoxdur. Sadəcə hərənin öz zövqü var”.

 

N. Salami şou-biznesdə ən çox müzakirə olunan “Müğənnini evimə gəlin gətirmərəm” fikrinə də münasibət bildirib: “Qadın müğənni ev üçün yox, səhnə üçün yaranıb”. 

 

Xanım müğənni də bu barədə fikirlərini bölüşüb: “Qadın müğənnini gəlin kimi qəbul edənlər öncədən bilirlər ki, kimi gəlin gətirirlər. Mən səhnədə mahnılarımı təqdim edirəmsə, tərbiyə də göz önündədir. Başqa nəsə də deyə bilmərəm. Yetər ki, xanımın yanında kişisi olsun. Deyə bilərlər ki, mən qadınam, güclüyəm, övladımı özüm böyüdürəm. Hər bir qadının kişi dayağına, çiyninə ehtiyacı var. Xanımın yanında kişisi olmalıdır. Bir sözlə qadının qoruyanı olmalıdır ”.

 

Sonda Niyam Salami görünüşündən söz açaraq bildirib ki, saç əkdirib: “Heç bir zaman görünüşümə görə kompleksə düşmərəm. İndi 80 yaşım yoxdur ki, özümə baxmayım. Saç əkmək üçün şərait var idi, mən də bundan istifadə elədim”.

 

X

XƏBƏRLƏR
BÖYÜT