Cinsi zorakılığa qarşı qanunlar sərtləşdirilməlidir!
17:52 – 17 Avqust, 2017

Beyləqanda 15 yaşlı qızın 3 il həmkəndliləri tərəfindən cinsi zorakılığa məruz qalması cəmiyyətdə kəskin reaksiyalarla qarşılandı.  Sosial şəbəkələrdə bu cür hallara qarşı məhz qanunvericilik tərəfindən sərt tədbirlərin görülməsinə ehtiyac olduğu vurğulandı. Bəs cəmiyyətdə bu cür halların qarşısını almaq üçün nə etmək lazımdır? Hansı maarifləndirici və psixoloji tədbirlərin görülməsinə ehtiyac var?     Təcavüzə məruz qalmış insanlarla necə davranmalı? 
Təcavüzkar üçün qanunvericilikdə hansı cəza tədbirləri nəzərdə tutulub? Bu halların  APA TV-nin "Bizim həftə" layihəsində bu suallara aydınlıq gətirilib.

 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, bu gün regionlarda mentalitetimiz, dəyərlərimiz fərqlidir: "Bunun nəticəsində qız şantaj olunmağını belə gizlədib. Çox qəribədir ki, təhsil müəssisəsində müəllimlər nələrisə hiss edib, bu barədə valideynə bir söz deməyib. Sonradan hadisənin üstün açılanda deyiblər ki, o qız həmişə ağlayırdı. Amma heç kim yaxınlaşıb demirdi ki, sənin problemin nədir?" K. Ağazadə onu da qeyd edib ki, Beyləqan hadisəsi yeganə hadisəsi deyil, belə ki, təkcə iyul ayında mətbuata sızan məlumatlara görə uşaqlara qarşı 4-5 cinsi zorakılıq faktı olub.

 

Beyləqanda şantajla müşahidə edilən zorakılıq halı ilə bağlı məqamlara aydınlıq gətirən vəkil Fariz Əkbərov deyib ki,  biz müraciət edən zaman müstəntiq tez-bazar işi məhkəməyə göndərdi: "Müstəntiq cinsi zorakılıq halının könüllü şəkildə olduğunu qeyd etmişdi. Zərərçəkmişin qanuni nümayəndəsi iştirak edəndən, hakimə etiraz bildirəndən sonra iş geri qaytarıldı, istintaqa qaytarıldı. Müstəntiqin dəyişilməsi ilə bağlı müraciət etdik. Beyləqan rayon prokurorluğu bizim müraciəti təmin etdi və müstəntiq digər müstəntiqlə əvəz olundu". Fariz Əkbərovun sözlərinə görə Uşaq Hüquqları üzrə Konvensiya ilə Azərbaycan Respublikası Cinayət məcəlləsi arasında ziddiyyət mövcuddur.

 

Psixoloq Gülər Məmmədova hesab edir ki, Beyləqanda zorakılıq halını törədənlər psixoloji baxımından sağlam təfəkkürə malik olmayan insanlardır: "Burada cinsi yetişkənlik dönəmində ümumiyyətlə tərbiyədən söhbət gedə bilməz". G. Məmmədova onu da qeyd edib ki, bu cür halların cəmiyyətdən gizlədilməsi, gələcəkdə sağlam olmayan şəxsiyyətin yetişməsinə səbəb olur.     

 

Kəmalə Ağazadə zorakılıq hallarının qarşısının alınmasında maarifləndirmə işinin vacibliyini vurğulayıb: "Bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının qeyri-hökumət qurumlarına dəstəyi olmalıdır. Bu gün bizim sığınacaqda 37 uşaq var. 37- uşağın 31-i müxtəlif zorakılığa məruz qalmış uşaqlardır".

 

Gülər Məmmədova hesab edir ki, valideyn-övlad arasında emosional bağlantıdan söhbət gedə bilməz: "Bu emosional bağların qırılması natamamlıq kompleksin ə gətirib çıxarır. Çox təəssüf olsun ki, bu günün valideynləri az qala günün  4 növbəsini işləyirlər. uşaqlarının evdə nə ilə məşğul olması ilə maraqlanmırlar. Uşaqlar zaman tapıb valideynlərlə bölüşə bilmirlər. ya valideyn yorğun olur,  və ya ər-arvad konfliktləri olur. Belə olduqda uşaq özbaşına böyüyür". G. Məmmədova valideynlərə tövsiyə edib ki, ictimai qınaqları kənara qoyaraq, övladları ilə bir olmaq prinsipi ilə yaşamalarını tövsiyə edib.  "Bu günün valideynləri qızlarda "kişilərdən ehtiyat, kişilərdən qorx" deyə fobyalar yaradırlar. Qız uşaqları ailə quranda onlarda vaginizm problemi yaranır. Bu ad artıq cinsi tərbiyədə pozuqluqlardan söhbət açır" - psixoloq belə deyib.

     

 

  

X

XƏBƏRLƏR
BÖYÜT