Yaşar Nurinin qızı bu sözləri İLK DƏFƏ deyir: “Atam öləndən sonra qohumları sildim”
18:24 – 22 Avqust, 2017

“Sənətdən gedəndən sonra yeni mağaza açmışdım, amma alınmadı”. Bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan müğənni Rahidə Baxışova deyib. O bildirib ki, illər öncə sənətdən uzaqlaşaraq, özünə biznes qursa da müğənnilikdən əlavə peşədə pul qazanmaq istəyi puça çıxıb: “İllər öncə mağaza açdım, amma işlədə bilmədim deyə bağladım. Hər bir insanda naxış deyilən bir şey var. Bəxtim gətirmədi. Deyirlər ki, mağazanı açanda gərək yerinə diqqət edəsən. Mənim mağazamın yeri yaxşı deyildi”.

 

Daha sonra verilişə mərhum xalq artisti Yaşar Nurinin qızı gəlib. O, son günlər müğənniliyə başlaması ilə bağlı mətbuatda gedən yazılara aydınlıq gətirib: “Mən artıq 10 aydan çoxdur ki, “Akustik” qrupunun meneceri kimi çalışıram. Onlarla birgə banketlərə, məclislərə gedirik. Aparıcılıq edirəm, bəzi məclislərdə də mahnı oxuyuram. Mən müğənni deyiləm. Müğənni olsam, müğənni kimi gündəmə gələrəm. O peşənin yükünü üzərimə götürə bilmərəm. Sadəcə prodüser və aparıcıyam. Xınayaxdı mərasimlərinə də gedirəm. Bu işləri mən çoxdan görməli idim. Sadəcə atamın xasiyyəti ağır olub, heç bir zaman icazə verməyib. Özüm İncəsənət Universitetinin Mədəni-Maarif fakültəsini bitirmişəm. Kinolara dəvət almışam, klipə də çəkilmişəm. Əgər məndə istedad varsa, niyə də yox? Məsələn, bacım hüquqşünasdır, ona desəm də incəsənətə gəlməz. Amma mən səhnə üçün ölürəm. Və düşünürəm ki, atam sağ olsaydı, bunları mənə qadağan etməzdi”.

 

 

R. Baxışova bildirdi ki, yenidən sənətə qayıtmaqda çətinlik çəkməyib: “İnsan var ki, uzun illər səhnədə olur, amma 1 il görsənməyəndə unudulur. Amma məndə belə bir şey olmadı. Bu mənim naxışımdır. İndi də “Sən öyrətdin” mahnısı eşidilən zaman adım yada düşür. Buna görə də Allahıma şükür edirəm. Nə yaxşı ki, yaddaşlardan çıxmamışam. İndi dövlət televiziyasının solistiyəm. Ramiz Mirişlinin “Dalğalar” adlı mahnısıpnı yazdırmışam. Bu da mənim üçün bir uğurdur”.

 

 

İfaçı indi konsertlərin təşkil olunmamasından şikayət edib: “Niyə görə biz indi konsertlər edə bilmirik? O vaxtlar tez-tez konsertlərdə çıxış edərdik. Mənim ilk konsertim 1990-cı ildə Gəncə şəhərində olub. Həmin gecə bir günlük nəzərdə tutulsa da, istəkləri nəzərə alıb iki gün konsert verdik. Konsertə o qədər insan axın etmişdi ki... Çox istəyərdim ki, indi də konsertimi təşkil edənlər olsun”.

 

R.Baxışova şəxsi həyatında ayrılıq olması ilə bağlı suala da cavab verib: “Tanınmış insanların şəxsi həyatı daim maraqlı olub. Mənim üçün xoşbəxtlik balalarımın sağlamlığıdır. Siz bilirsiniz ki, mənim üçün bacımın ailəsi, anam, bir də övladlarım var. Belə deyək də, mənim heç kimim yoxdur. Mən heç bir zaman qohum qapısı açmaram. Mən bu həyatda çox şeyləri görmüşəm. Yaşım az olsa da çox şeyləri gördüm. Mənim üçün həyat anamdan, övladlarımdan, bacımdan və onun balalarından ibarətdir. Əsas canımız sağ olsun, ruzimiz bol olsun”.

 

İfaçının bu sözlərinə Ülkər Yaşarqızı da biganə qalmayıb: “Bu mövzuda elə mənim də ürəyim doludur. Mənim üçün bu həyatda bir anam, bir bacım və onun qızıdır. Bizim ailə bundan ibarətdir. Bu günə qədər heç bir qohum qapısı açmamışam. Atamın sağlığında hamısı başımızın üstündə idi. Atam dünyasını dəyişəndən sonra qohumları və dostları da gördüm. Bu gün mənim qazandığım uğurlara yadlar daha çox sevinir. Qohumlar yox. Allah öz ruzimizi özümüzə yetirsin, heç kimə möhtac olmayaq”.

 

Daha sonra Xuraman Şuşalı danışıb. O bildirib ki, bir müddət öncə efirdə mahnı oxumamaq qərarı versə də sözünü tuta bilməyib: “O qərarı verəndən qadın məclislərində mahnı oxuyurdum. Amma efirdə oxumurdum. Yəqin imanım onda daha güclü idi. Amma indi efirlərdə mahnı oxuyuram. Yəni mən mahnı oxumadan yaşaya bilmirəm. Bu mənim içimdən gələn bir eşqdir. Allah qismət edər, bəlkə gələcəkdə oxumaram. Hazırda onu özümdən yığışdıra bilmirəm”.

 

İfaçı həyat yoldaşı barədə də söhbət açıb: “Bir çoxları sosial şəbəkədə yazır ki, həyat yoldaşım mənim başımı bağlasaydı, açardım. Xeyr, bu düzgün düşüncə deyil. Bunu mənə həyat yoldaşım məcburi bağlatdırmayıb. Bu iman məsələsidir. Özüm istəyib bağlamışam. Artıq beşinci ilə keçir ki, başımı bağlayıram. Allah qismət eləsin ki, axıra qədər buna əməl edim”.

 

 

X. Şuşalı rəqqasə Fatimə Fətəliyeva ilə aralarında olan küsülülüyün səbəbindən də danışıb: “Fatimə yaxşı qızıdır. Yəqin ki, bir-bizimizə rəqib olduğumuza görə mənimlə danışmır. Ola bilsin ki, məndən ona nəsə çatdırıblar. Arada söz gəzdirənlər olur. Onların da işi budur. Elə olub ki, xınaya Fatiməni də danışıblar, məni də. Mən demişəm ki, əvvəl onunla danışın, sonra mənimlə”.

 

X

XƏBƏRLƏR
BÖYÜT