Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku - 24 Avqust
19:40 – 24 Avqust, 2017

"Qarabağ"ın qələbəsi Azərbaycanın informasiya mübarizəsində ən böyük qələbəsidir. Artıq bir neçə ay dünya idman auditoriyası ekranlarda "Qarabağ" sözünü görmüş olacaq, milyonlarla insan Azərbaycanı bu dəfə futbol sayəsində tanıyacaq. Buna görə "Qarabağ" klubuna ikiqat təşəkkür düşür. Bir təşəkkür də dünyanın müxtəlif yerlərində bizimlə birgə, bizim sevincimizi bölüşən insanlara düşür. Amma ürəyimizcə olmayan bir məqam da var. Türkiyəli futbol azarkeşlərinin "artıq Çempionlar Liqasında iki türk komandası var" sözləri bizləri necə sevindirdisə, türk mətbuatının bu cür önəmli hadisənin üzərindən sükutla keçməsi qəlbimizi bir o qədər ağrıtdı. "Qarabağ" yüz minlərlə "Galatasaray", "Fənərbaxça", "Beşiktaş" tərəfdarının olduğu bir ölkəni - Azərbaycanı təmsil edən komandadır. Türk mediası "Qarabağ"ın uğuruna ən azı bizim "Galatasaray"ın UEFA Kubokunu qazanarkən, Türkiyə yığması dünya üçüncüsü olarkən sevindiyimiz qədər sevinməli idi. Biz belə düşünürük. Mediadan fərqli olaraq Türkiyədə yüz minlərlə azarkeş bizim qədər "Qarabağ"ın uğuruna sevinib. Ümidvarıq ki, komandamız qrup mərhələsində dünyanın ən güclü komandalarına qarşı layiqli mübarizə aparmaqla bu yüz minlərin sayını milyonlara çatdıracaq. Təşəkkürlər, "Qarabağ", təbriklər Azərbaycan!

 

Vüqar HÜSEYNOV

X

XƏBƏRLƏR
BÖYÜT