Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 28 avqust
19:30 – 28 Avqust, 2017

"Harvi" qasırğası Birləşmiş Ştatların neft sektoruna ciddi zərər vursa da, bu hələlik qiymətlərdə öz əksini tapmır. Ölkədə emal müəssisələri fəaliyyətini dayandırıb, müvəqqəti benzin qıtlığı qiymətlərin artmasına səbəb olub. Məntiqlə bu durum dünya bazarında neftin qiymətini dəstəkləməli idi, amma əksi müşahidə olunur. Üstəlik neftin qiymətini dəstəkləməli olan digər ciddi faktor ortaya çıxıb, Liviyada silahlı münaqişə səbəbilə neft daşımaları məhdudlaşdırılıb. İki önəmli faktora rəğmən qiymətlər yerində sayır. Səbəbi yalnız təxmin etmək olar, təxminin doğru olub-olmaması iki gün sonra ABŞ Energetika Nazirliyinin açıqlayacağı hesabatdan bəlli olacaq. Ehtimal etmək olar ki, hasilatın azalmasından yaranan tələbatı ödəmək üçün ABŞ-ın kommersiya neft ehtiyatlarından istifadə olunur. Bu isə artıq neçə həftədir azalmaqda olan ehtiyatlarının bu həftə kəskin azalmasına səbəb olmalıdır. Əgər təxminlər özünü doğrultsa və kəskin azalma faktı hesabatda öz əksini tapsa, həftə sonu neftin ciddi şəkildə bahalaşacağını istisna etmək olmaz. Qiymətlər hətta son ayların maksimum həddinə çata bilər.

 

Vüqar HÜSEYNOV 

X

XƏBƏRLƏR
BÖYÜT