Müğənnimizdən ŞOK AÇIQLAMA: “Uşağımın üçünü də övladlığa götürmüşəm”
16:58 – 29 Avqust, 2017

“Əslində mənə yaxın insanlar bilir ki, dörd övladım var. Onlardan yalnız birinin bioloji anası mənəm. Digərlərini uşaq evindən övladlığa götürmüşəm”. Bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan müğənni Roza Zərgərli deyib. O bildirib ki, indiyədək heç bir efirdə bunu açıqlamaq istəməyib: “Mən dörd uşaq böyütdüyümə görə qürur duyuram. Bunu heç bir zaman efirdə reklam etməmişəm. Sadəcə “Sibir çiçəyi” adlı kitabımda bu barədə yazmışam, siz də bu məlumatı orada oxuduğunuza görə mənə sual verdiniz. İlk dəfə də məhz “Show time” verilişində açıqlayıram, üç üşağımı bioloji olaraq mən dünyaya gətirməsəm də, doğma qızımdan onları seçmirəm. Onlar mənim canım, qanım, hər şeyimdir”.

 

 

Müğənni daha sonra şou-biznesdə onu gözü götürməyənlərin olduğunu deyib: “Son illər məşhur olmağa başlayandan sonra ətrafımda bəzi insanların xəstələndiyini gördüm. Başa düşürəm ki, biz böyüdükcə tənhalaşırıq. Biz sağlam gündəmi zəbt etdikcə ətrafımızdakı bəzi insanlar xəstələnir. Və onlar səni sevməməyə başlayır. Həmin insanlar istəyirlər ki, mən pis olum. Bunlar normaldır. Bizim uğraşdığımız işlər boş şeydir. Xarici şou-biznesdə elə işlər var ki...”.

 

 

Roza küsülü olduğu məşhurlar barədə danışıb: “Elə həmkarım var ki, onunla heç vaxt barışmaram. Kim olursa olsun, qeyri sənət nümayəndəsi də ola bilər. Mənim münasibətim kiminləsə pisləşirsə, dönüş nöqtəsinə qayıdacaq hala düşməyəcəksə, həmin insanlarla ömürlük danışmıram. İllərlə iki ifaçı xanımla küsülü olmuşam. Amma onlarla kulis arxasında barışmışıq. Çünki barışmağa arada pərdə olub”.

 

İfaçı “Aygün Kazımova və stilist Anar Ağakişiyevlə barışardınız?" sualına isə belə cavab verib: “Tək onlarla küsülü deyiləm ki... Başqaları da var, bəs onların adlarını niyə  çəkmirsən? İllər öncə olmuş bir şeyi yenidən danışmaq istəmirəm. Mən heç kimlə küsməmişəm, heç kimlə də barışan deyiləm. Elə onlarda eyni suala eyni cür cavab verə bilərlər. Biz onunla efirdə dalaşmışıq? Saçyolduya çıxmışıq?  Onlarla şəxsi münasibətimizin olub-olmadığını mən və əks tərəf qərar verir”.

 

 

Daha sonra verilişin digər qonağı Ayaz Qasımov “şou-biznesdə tələbatlı müğənni” mövzusuna münasibət bildirib: “Tələbatlı olmaq heç də sənət meyarı deyil. Tələbatlı olmaq olar, ola bilər ki, müəyyən müddətdən sonra o tələbat itsin. Gərək ifaçının özünün qabında bir şey olsun ki, tələbat bitdikdən sonra da yenidən o səviyyəyə qalxa bilsin. İstedad varsa, nə zamansa üzə çıxacaq. Yoxsa kiminsə dəstəyi ilə və yaxud bir mahnı ilə tanınmış olursa, bu elə də böyük göstərici deyil”.

 


R. Zərgərli bildirib ki: “Bunu etiraf edəcəm, sənətə gələndə bir çox sənətkarlar mənə dəst olmadılar. Amma indi-indi anlayıram ki, onlar niyə dəstək olmurlarmış. Yaxşı ki, dəstək olmayıblar. Çünki bizdən öncə kimə dəstək olmuşdularsa, onlara quyu qazmışdılar. Mən də çoxlarının əlini tutdum. Amma sonra başa düşdüm ki, lazım deyildi. Çünki bu şou-biznesə kimi yetişdirib verirsənsə, o sənə düşmən olur”.

 

Ayaz isə bildirib ki, peşəkar səhnəyə ilk addımlarını atdığı “Azəri star” yarışmasının adının Ayaz Qasımov adının yanında hallanmasını istəməyib: “Çünki pul xərcləyib mahnı ifa edib, klip çəkdirirdik. Amma özəl kanallar bizi efirə buraxmırdılar. Yəni başqa telekanalın keçirdiyi yarışmanın iştirakçısını öz efirlərində görmək istəmirdilər. Həm də hiss olunurdu ki, biz güclü rəqibik. O vaxt da indiki kimi deyildi. Onda yalnız efir idi. İndi isə sosial şəbəkə var. Müxtəlif yollarla tanınmaq mümkündür. İndi televiziyaya çıxmadan tanınmaq olar. Bir video ilə milyonların sevimlisinə çevrilmək mümkündür”.

 

Ayaz şou-biznesdə özünü “Nömrə 1” sayan müğənnilərdən də danışıb: “Sənətin meyarı gündəm deyil. Ola bilər ki, sənət baxımından biz birini aşağılarda görək, amma milyonlarla tamaşaçı onu sevsin. Amma sənət “Nömrə 1”- i olan ifaçılar var. Mənim üçün “Nömrə 1” Brilliant Dadaşova, kişilərdən isə Elçin Cəlilovdur. Bunlar çox böyük sənətkar, sənəti əsl sevənlərdir. Bu insanlar sənətdə pik nöqtə sayılırlar. Brilliant xanımın adını əbəs yerə çəkmədim. Bu xanım hər janrda gözəl oxuyur”.

 

Eyni mövzuya R.Zərgərli də münasibət bildirib: “İnsan var ki, tanınır, amma ən sevilən mahnısı 7 il bundan qabaq olub. Mənim üçün o göstərici deyil. Mənim üçün sevdiyim  ifaçının hər il bir xit mahnısı olmalıdır”.

 

A.Qasımov bildirib ki, tanınmaq üçün çox əziyyət çəkib: “Digərlərindən fərqli olaraq keçmişimlə fəxr edən adamam. Bu günə qədər heç kimin qarşısında əyilməmişəm və əyilmərəm də. Hər mənada bu gün gücüm buna çatıbsa, bunu etmişəm. Məqam olub ki, maşınımı satmışam, onun  pulunu layihəmə qoymuşam, albom çıxarmışam. Bu günə qədər 2 albomum var. Yəni az iş görməmişəm. Bütün bunları Murad Arif bilir. Çünki o vaxtlar mənimlə çalışırdı”.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT