Məktəbli formalarının model və qiymətlərində dəyişiklik və bahalaşma yoxdur
14:39 – 30 Avqust, 2017

Yeni tədris ilinin başlamasına sayılı günlər qalır. Valideynlər artıq məktəbli geyimi almağa başlayıb. Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov APA TV-yə bildirib ki, məktəblilər üçün kifayət qədər geyim tikilib. Bu il məktəbli formalarının modellərində dəyişiklik olmayacaq: "Əvvəlki kimi İki model oğlan, iki model qızlar üçün tikilib.  Aşağı siniflər üçün nəzərdə tutulub. Oğlanlarda mont, qızlarda isə dama-dama ətək, yuxarı siniflərdə oğlanlarda kostyum, qızlarda isə sarafandır".

 

Etibar Əzimovun sözlərinə görə, məktəbli formalarının qiymətlərində də heç bir dəyişiklik olmayıb: "Oğlan, qız fərq etmir, aşağı siniflər üçün qiymət 40 manat, yuxarı siniflər üçün 46 manatdır. Köynək və jiletin qiyməti 8 manatdır".

 

Bakı Tikiş Evinin satış şöbəsinin müdiri eyni zamanda ölkəyə böyük miqdarda gətirilən saxta məktəbli formaları ilə əlaqədar valideynlərə xəbərdarlıq edib. Həmin geyimlər uşaq orqanizmində fəsadlar verə, onlarda səpki, stress yarada bilər. Bəs saxta məktəbli formalarını orijinallardan necə fəqləndirməli? "Çox çətindir. Hər şeyi necə var, bizim kimi onlar da yazdırırlar üstünə, yarlığa qədər. Sadəcə baxanda bilinir ki, materialı nimdaşdır, keyfiyyətli olmur, tikişi çox səliqəsiz olur".

 

Valideynlər də Bakı Tikiş Evinin emblemi olan məhsullara üstünlük verir: "Keyfiyyətlidir, qiyməti də münasibdir".

 

"Orijinal maldır, yaxşıdır, hər il burda alıram, standart qiymətlərdir. 15 manata tək şalvarı almışam".

 

"Çox yaxşı keyfiyyəti var, bizdə istəyərik ki, aldığımız malın qiyməti, keyfiyyəti yaxşı olsun".

 

Valideynlərin nəzərinə bir məsələni də çatdıraq. Məktəbli formalarının almaq üçün şəhərin bu başından o biri başına getməyə ehtiyac yoxdur, çünki  Tikiş Evinin paytaxtda 15 satış mərkəzi fəaliyyət göstərir. 

X

XƏBƏRLƏR
BÖYÜT