Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 avqust
19:25 – 30 Avqust, 2017

Şimali Koreyanın törətdiyi təhlükədən heç bir ölkə sığortalanmayıb. Xüsusilə potensial nüvə zərbəsindən ilk olaraq qonşu ölkələr əziyyət çəkəcəklər. Çinin Pxenyanı yola gətirməklə bağlı məsuliyyətdən boyun qaçırmasının ilk səbəbi də budur. Pekin problemi, yaradan tərəflərin, yəni Vaşinqton, Seul və Pxenyanın həll etməsini istəyir. Bu yanaşmada Çinin məqsədi təkcə təhlükədən sığortalanmaq deyil. Şimali Koreyanın varlığı qlobal məkanda ABŞ-la gedən mübarizədə Çin üçün əlavə təzyiq üsuludur. Pekin gerçəkdən də Pxenyana qarşı ciddi təzyiq imkanlarına malikdir, ölkənin enerji, qida və içməli su təminatı Çin vasitəsilə reallaşır. Pekin Pxenyana təzyiq etməklə bəlkə də onu yola gətirə bilər, amma bu nüvə müharibəsi təhlükəsini aradan qaldırsa da, Çini də ABŞ-la mübarizədə mühüm alətdən məhrum etmiş olacaq. Pekinin bugünkü bəyanatını belə oxumaq lazımdır.

 

Vüqar HÜSEYNOV

X

XƏBƏRLƏR
BÖYÜT