Azərbaycanda gözəllik müsabiqələri niyə keçirilir?
17:59 – 31 Avqust, 2017

Azərbaycanda keçirilən gözəllik müsabiqələri sayı hər il artmaqdadır. Bəs bu müsabiqələrin yeniyetmələrin və gənclərin həyatına necə təsir edir? Müsabiqələrdə qalib olan və ya mükafat alanların sonrakı taleyi necə olur? Bu cür müsabiqələrdə qaliblər hansı kriteriyalar əsasında seçim aparılır? APA TV-nin "Bizim həftə" layihəsinin növbəti buraxılışında Azərbaycanda keçirilən gözəllik müsabiqələri ilə bağlı bu kimi suallara aydınlıq gətirilib.

 

“High Life Fashion & Model Academy”nin prezidenti Mübariz Allahverdizadə  deyib ki, "Misis Azərbaycan" yaddaşlarda qalmağı bacaran bir yarışmadır: "Hara baxırsan, hamı müsabiqə keçirir. Miste filankəs, mister beşmankəs. Yəni yarışmalara o qədər gülməli adlar qoyurlar ki, yarışmaların kökü və söykənəcəyi mənbə yoxdur. Belə götürəndə "Mister-Azərbaycan"ın da söykənəcəyi beynəlxalq yarışma yoxdur. Sadəcə Azərbaycanın xaricə çıxış olan tərəfi var. Bəzi şirkətlər var ki, müsabiqələrin özü ilə deyil, onlarla əlaqələndiriblər". M.Allahverdizadə onu da onu da qeyd edib ki, hər bir yarışmanın beynəlxalq çıxışı olmalıdır. 

 

Modelyer Gülnarə Xəlilova beynəlxalq gözəllik müsabiqələrində üzvlük haqlarının yüksək olduğunu bildirib.

     

"Miss Bakı 2017"-in qalibi olmuş Arzu Hüseynzadə, Azərbaycanda 15 yaşlı iştirakçı kimi ilk dəfə bu yüksək nəticəyə sahib olduğunu söyləyib: "Mənə qarşı tənqidlər daha çox idi. Yazılırdı ki, 15 yaşında Bakı gözəli seçildi. Yəni əsasən insanlar 15 yaşımda seçilməyimə reaksiya verirdilər".  A.Hüseynzadə onu da deyib ki, bu işə hobbi kimi yanaşır, çünki əsas marağı musiqiyədir.

 

M. Allahverdizadə deyib ki, "Miss Azərbaycan" müsabiqəsində hər hansı parametrlər yoxdur, boyu 1.68-dən yuxarı olan hər kəs müsabiqədə iştirak etmək üçün ərizə doldura bilər.

 

G.Xəlilovaın sözlərinə görə elə müsabiqələr var ki, xarici görkəmlə yanaşı, iddiaçıların dünya görünüşünə də diqqət yetirilir: "Bəzi qabiliyyətlər var ki, onlar öncədən tapşırılır, elə bir çarxlar hazırlanmalıdır. Sevdiyin işlə məşğul olmaq haqqında çarx, düşüncə, suallar veriləcək ki, özün haqqında məlumat ola bilər. Sənin dünyaya baxışın nədir? Xanımın intellektual səviyyəsi yoxlanılır".

 

Mübariz Allahverdizadə Azərbaycanda keçirilən gözəllik yarışmalarında mental xüsusiyyətlərinin nəzərə alındığını deyib: "Bizdə hər şey üstü örtülü, qapalı keçir. Bu da yanlışlıq deməkdir. Bədən qüsurlarını görmək üçün bütün müsabiqələrdə bikini ilə çıxmaq lazımdır. Mentalitetimizi əsas götürərək, biz məcbur etmirik. Biz 15 yaşlı Arzu xanıma necə deyə bilərəm ki, bizim kastinqdən keçmişsiniz, bizə sizin bikinidə şəkliniz lazımdır".

 

M.Allahverdizadə bəzi müsabiqələrdə iştirakçılardan, hətta münsiflər heyətindən də pul yığıldığını deyib: "Belə müsabiqələr yağışdan çıxan göbələklər kimi sadəcə pul yığmaq üçün keçirilir. Heç bir yerdə tanınmayan bir kəsi jüridə oturdurlar və deyirlər ki, guya filankəsdir".

 

Gülnarə Xəlilova hesab edir ki, Azərbaycan gözəllik müsabiqələrinə hələ tam şəkildə hazır deyil: "Bizdə bu yarışlara qatılmaqda əsas düşüncə məşhur olmaqdır. Əslində qınamıram, çünki bu sektor hələ inkişafdadır. Gəlin görək model nə qədər pul qazana bilir bu işdən? Çox cüzi".    

 

M. Allahverdizadə birbaşa dünyanın 137 ölkəsi ilə model mübadiləsi üzrə müqavilə imzaladığını desə də, bəzi məqamlardan narazılığını vurğulayıb: "Gəlin görək bizim model gənclərimizin arasında ingilis dilini bilən varmı? Bədən yığmaq lazımdır, model də heç bir qüsur görünməməlidir. Model bizim dildə nümunə deməkdir".  

 

X

XƏBƏRLƏR
BÖYÜT