Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 31 avqust
19:28 – 31 Avqust, 2017

Qurban bayramı ət yemək mərasimi deyil. Bu əsrlərlə formalaşan mədəniyyətdir -  paylaşmaq, bölüşə bilmək mədəniyyəti. Bu mədəniyyətə nə qədər sahib ola bilmişik sualı hələ də açıq qalır. Bayram sözünün mahiyyətində bir də təmizlik anlayışı var. Ələlxüsus Qurban bayramında təmizlik anlayışı ön plandadır. Bir bayramda ki, "halallıq", "murdar olmayan" kimi anlayışları ön plana çıxır, deməli söhbət həm də təmizlikdən gedir. Təəssüf ki bu təmizliyi də məişətimizə daxil edə bilməmişik. "İranda, Türkiyədə, lap elə Əfqanıstanda da belədir, Qurban bayramında kəsilən heyvanların qanı su yerinə axır, təkcə bizdə belə deyil ki," kimi arqumentlər əsassızdır. Gəlin biz təmiz olaq, qurban kəsdiyimiz əti ehtiyacı olanlara paylayaq, hər yeri qan gölünə döndərməyək, bayrama üfunət qoxusu qatmayaq. Yəni, nümunə olaq... Tanrı kəsdiyiniz qurbanları qəbul etsin, bütün türk və müsəlman aləminin Qurban bayramı mübarək olsun! Bayramınız mübarək!

 

Vüqar HÜSEYNOV   

X

XƏBƏRLƏR
BÖYÜT