Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 sentyabr
19:28 – 05 Sentyabr, 2017

Neftin bahalaşmayacağı, hətta 60 dollara çatmayacağı ehtimalı hər gün daha da güclənir. Birjalardakı əhval-ruhiyyə göstərir ki, sərmayədarlar 55 dollarlıq həddi belə inanılmaz maksimum sayırlar. OPEK-in addımları, texnogen qəzalar, hətta “Harvi” qasırğası belə bazarda iddia olunan balansı yaratmağa, qiymətləri bahalaşdırmağa nail ola bilmədi. Bir çox ölkələrdə, ilk növbədə isə ABŞ-da gündəlik hasilatın sürətlə artması bu pessimist əhval-ruhiyyəni daha da gücləndirir. Proseslər ilin sonuna kimi belə davam edərsə, OPEK razılaşması tarixə gömüləcək, bazarda ciddi bir xaotiklik müşahidə olunacaq. Hələlik bu ssenarinin gerçəkləşməsinə mane olan əsas faktor dolların digər valyutalar qarşısında zəifləməsidir. Burada iqtisadi səbəblərlə yanaşı siyasi amillər də əsas rol oynayır. Məntiqlə siyasi səbəblər aradan qalxdıqca dolların kursunda gözlənilən balans yaranmalıdır. Dolları zəiflədən səbəblər ilin sonuna kimi aradan qalxacaqmı? Məsələn, Trampla bağlı impiçment proseduru başlayacaqmı? Bu sualın cavabını kimsə bilmir.

 

Vüqar HÜSEYNOV

X

XƏBƏRLƏR
BÖYÜT