Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 7 sentyabr
19:31 – 07 Sentyabr, 2017

Bugünkü şərtlərdə Şimali Koreyaya tətbiq olunacaq neft embarqosu siyasi bəyanatlardan daha effektli və praktik üsuldur. Ərzaq və enerji baxımından xaricdən asılı olan Pxenyanı bir də bu üsulla yola gətirməyi sınamaq lazımdır. Aylardır yaşanan gərginlik fonunda hidrogen bombasını sınaqdan keçirən Şimali Koreya rəhbərliyini danışıqlar masasına əyləşdirmək və dialoqdan pozitiv nəticə almaq ehtimalı gündən-günə sıfır nöqtəsinə yaxınlaşır. Seul və Tokionun neft embarqosu Pxenyanı düşünməyə vadar edəcək, yoxsa daha da qızışdıracaq? Hər iki ehtimal mümkündür, lakin təkcə bu iki ölkənin embarqo tətbiq etməsi heç nəyi həll etmir. Şimali Koreya neft və neft məhsullarının əksər hissəsini İrandan alır, embarqo prosesinə İranın və Çinin cəlb olunması, yaxud ən azı Şimali Koreyaya neft daşımalarını dayandırmağa hüquqi baza yaradılması vacibdir. ABŞ, İran və Çin arasında bazarlıq üçün xeyli imkan var, diplomatların bu imkanlardan necə yararlandığı yaxın günlərdə, BMT Baş Assambleyasının iclasında məlum olacaq.

 

Vüqar HÜSEYNOV

X

XƏBƏRLƏR
BÖYÜT