Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 sentyabr
19:30 – 09 Sentyabr, 2017

Düzdür, nəticələr açıqlanmayıb, amma Qətər əmirinin "ərəb koalisiyası"nın şərtlərinin müzakirəsinə hazır olduğunu bəyan etməsi Dohanın irəli sürülən şərtlərlə razılaşması deməkdir. Dohanın bu addımını iqtisadi sanksiyalarla da əlaqələndirmək olar, amma əsas bu deyil. Vaşinqtonun ərəb ölkələrinə Tehrana qarşı daha sərt mövqe sərgiləməsi üçün təzyiqi bölgədə "kim kimin tərəfindədir?" konkretliyini aydın şəkildə ortaya qoyur.

 

Qətər, nəhayət, İranla münasibətləri ən kəskin səviyyədə olan Səudiyyə liderliyində digər ərəb ölkələrinin də bu birliyə qoşulacağını anlamağa başladı. Çünki Səudiyyə həm ABŞ-ın bölgədə bir nömrəli müttəfiqi, həm də "ərəb dünyası"nda söz sahibidir. Yəni Doha "ərəb dünyası"nda təklənəcəyindən çəkindi. Qətər əmirinin məhz krallığın "Amerikanın adamı" kimi tanınan vəliəhdinə telefon açıb, "razıyam" deməsindən sonra Trampın ərəb ölkələrinə "İran təhlükəsinə qarşı birləşin!" çağırışı isə sözügedən birliyin artıq mövcudluğundan xəbər verir.

 

Yeri gəlmişkən, Qətərə təqdim edilən "barışıq şərtləri"ndə də ilk sırada məhz Dohanın İranla əlaqələri məhdudlaşdırması tələb olunurdu. Bir sözlə, dava İran davasıdır və bu dava davam edir...

 

X

XƏBƏRLƏR
BÖYÜT