Salyanda həbsxanada əsgər güllələndi
15:23 – 11 Sentyabr, 2017

Salyanda cəzaçəkmə müəssisəsində silahlı insident baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonunun Həsənli kəndi ərazisində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

 

Həmin müəssisədə xidmət edən Ağstafa rayon sakin, 19 yaşlı Əyyublu Əyyam Mamay oğlu güllə yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır yaralanmış əsgər cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub.

 

Əməliyyatdan sonra vəziyyəti ağır olan yaralı paytaxt Bakı şəhərindəki hospitala göndərilib.

 

İlkin məlumata görə, cəzaçəkmə müəssisəsində Əyyam Əyyublu ilə xidməti yoldaşı (adı açıqlanmır) arasında mübahisə yaranıb. Həmin şəxs əlindəki odlu silahdan 3 dəfə atəş açaraq, onu qarnının sol hissəsindən, sol bazu nahiyəsindən və sol baldırından yaralayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT