"Müstəqil həyata insan hazırlayacaq dərsliklərimiz yoxdur" - EKSPERT
15:28 – 11 Sentyabr, 2017

Bir neçə gündən sonra Azərbaycanda yeni tədris ili başlayır. Bəs bu il 15 sentyabr tarixinə hansı hazırlıqla gedirik? ümumiyyətlə qarşıda, yeni tədris ilində həm şagirdlərimizi, yəm tələbələrimizi hansı çətinliklər gözləyir?  APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində qonaqlar bu suallara aydınlıq gətirib.

 

"Şagirdləri narahat edən məqamlardan biri məhz 10-cu sinfə keçən şəxslərin hansı qayda da imtahan vermələri ilə bağlıdır? Bu ildən etibarən orta ümumtəhsil məkjtəblərimiz təmayül siniflərinə keçdi" - bunu verilişin qonağı, təhsil üzrə ekspert Kamran Əsədov deyib.  Ekspertin sözlərinə görə  təmayül sinifləri, ixtisas üzrə bölüşmələrin tam orta məktəblərdən başlanmasını təmin edəcəkdir.   Ekspert həmçinin hesab edir ki, bütün ixtisaslar üzrə eyni dərsliklərdən istifadə edilməsi problem yarada bilər: "İndi bu dərs saatları beş-altıya qədər artıb. Əgər bütün dərslərin hər birində yeni paraqraf keçəcəksinizsə, artıq dərslik çatmayacaq. Hesab edirəm ki, təmayülləşməyə müəyyən qədər tələsdik".  Müəllimlərin işə qəbulu ilə bağlı prosesi Azərbaycanda işə qəbul baxımından ən kütləvi hal kimi dəyərləndirən K.Əsədov, bunu vakant yerlərin sayının 12.000-ə qədər olması, ərizəçilərin isə sayının 50.000 nəfəri keçməsi ilə əlaqələndirir. Ekspert bu il təhsil sahəsindəki yeniliklərdən birinin modul tipli məktəb binalarından istifadə olduğunu qeyd edib. 

 

Şairə Səhər Əhməd hesab edir ki, şagirdlərin ədəbi dili bilməməsi, onları bədii ədəbiyyat oxumamasından irəli gəlir: "Şəhər uşaqlarını III ixtisas qrupuna hazırlamaq çox çətindir.   

 

Psixoloq Gülər Məmmədova deyib ki, valideyn uşağı məktəbə həvəsləndirməlidir: "Uşaq seçim etmək istəyir, valideyn deyir ki, yox, mənim buna pulum çatmaz. Belə olduğu halda uşaqda həvəs, maraq sönür. Amma elə valideynlər də var ki, uşaqları ilə yatırım edirmişlər kimi davranırlar".  

 

Kamran Əsədov deyib ki, orta məktəblər ali məktəblərə şagird hazırlığı həyata keçirmir: "Onun funksiyası şəxsiyyət hazırlamaqdır. Hansı orta məktəbimizdə oxuyan 10-cu, 11-ci sinifdə oxuyan şagirdimiz ilkin tibbi yardım göstərə bilir? Özünü müdafiə etmək bacarığına malikdir? Bu tədris prosesində öyrədilməlidir".

 

Səhər Əhməd hesab edir ki, müəllimlər şagirdlərə fənni tədris etməklə kifayətlənməməlidirlər, onlarla həm də söhbət etməyi bacarmalıdırlar: "Valideynlərlə müəllimlər burada bir yerdə işləməlidirlər".  

 

Kamran Əsədov testin ləğvi ilə bağlı gəzən söz-söhbətlərə də münasibət bildirib: "Hətta bizim 700 bal toplayan şəxslərimizi danışdırın, beş dənə sözü ardıcıl gətirə bilməyəcəklər. Çünki test heç vaxt bilik vasitəsi deyil. Biliyi ölçmə vasitəsi ola bilər, amma kiminsə maksimum bal toplaması onun maksimum biliklərə malik olması demək deyil". 

Təhsil üzrə ekspert hesab edir ki, Azərbaycanda dərslik yazmaq ənənəsi yoxdur: "Azərbaycanda istifadə edilən dərsliklər ensiklopedik informasiyaya malikdir. Sadəcə fakt yüklüdür. Bizim dərsliyimiz müstəqil həyata insan hazırlaya bilmir. Əslində dərsliklə körpü rolunu oynamalıdır, bir pillədən digər pilləyə. Heç kim öz ixtisas qrupundan fərqli kitabı oxumur".

 

Gülər Məmmədova orta məktəblərdə müəllimlərin konsilium sayağı yığıncaqlar keçirmələrini təklif edib: "Sosial şəbəkələrdə daha çox nələr reklam olunur, yayımlanır, uşaqların marağı daha çox nəyə köklənirsə,  müəllimlər bunu yığışıb müzakirə etməlidirlər. Bu gün nə qədər zorakılıq halları ilə üzləşirik? Uşaqlarımızın, qızlarımızın özünü müdafiə etmək bacarığı olmalıdır".

 

Səhər Əhməd hesab edir ki, 9-cu sinifdən sonra məcburi təhsil "yumlaşdılmalı"dır: "Oxumaq istəməyən uşağı məcbur şəkildə gətirib 11-ci sinifdə oturduruq. Sinifdə 20 uşaq var, 18-i hazırlığa gedir. Vaxtını burada itirməsin, getsin peşə məktəbində oxusun".

 

Kamran Əsədov isə icbari təhsilin 9-cu sinifdən sonra "yumlaşdılması"nın əleyhinədir: "Biz təhsildən 9-cu sinifdən yayındırmaqla erkən nigahlara şərait yaradırıq, oğurluq və digər əyri yollara gedənlərin sayını artıra bilərik". Ekspert peşə məktəbləri barədə də danışıb. O deyib ki, peşə məktəblərində təhsil almaq, işlə təmin olunmaq baxımından faydalıdır.   

 

X

XƏBƏRLƏR
BÖYÜT