Meksikada daha bir güclü zəlzələ - SON 100 İLDƏ ƏN GÜCLÜ
12:19 – 12 Sentyabr, 2017

Meksika sahillərində daha bir güclü zəlzələ baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, yeraltı təkanların gücü 5,6 bal təşkil edib.

Xatırladaq ki, ölkənin şərq hissəsi bir neçə gündür zəlzələlərdən əziyyət çəkir. Yeraltı təkanlar nəticəsində artıq 96 nəfər həyatını itirib, 200 nəfər xəsarət alıb. Ciddi dağıntılar var.

İlk yeraltı təkanlar sentyabrın 9-da qeydə alınıb. Zəlzələnin gücü episentrdə 8 baldan yuxarı olub. Yeraltı təkanlar böyük bir ərazidə sunami təhlükəsi yaradıb.

Meksika prezidenti Enrike Penya Nyeto baş verən zəlzələ nəticəsində qeydə alınan yeraltı təkanları son 100 ilin ən güclü təkanları adlandırıb.
 


 

X

XƏBƏRLƏR
BÖYÜT