Bakıda küləkli hava şəraiti davam edəcək
13:10 – 12 Sentyabr, 2017

Sentyabrın 13-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 20-23, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında gözlənilən hava əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT