Saakaşvili Ukraynada açıqlama verdi: "Pasportum Poroşenkodadır"
14:13 – 12 Sentyabr, 2017

"Mənim pasportum Ukrayna prezidenti Pyotr Poroşenkodadır".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna sərhədçilərinə ifadəsində bildirib.

 

Onun sözlərinə görə, şəxsiyyətini təsdiq edən sənəd xüsusi xidmət orqanları avtobusda axtarış apardıqdan sonra naməlum şəraitdə yoxa çıxıb.

 

Ukrayna polisi sabiq qubernatorun ittihamlarını rədd edərək, M. Saakaşvilinin pasportunun onlar tərəfindən götürülmədiyini bildirib.

 

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Polşa-Ukrayna sərhədini keçməyə müvəffəq olub.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT