Qasırğalar ABŞ-ı sildi-süpürdü: BÜDCƏ 290 MİLYARD DOLLAR İTİRDİ
15:02 – 12 Sentyabr, 2017

"Harvi" və "İrma" qasırğaları ABŞ büdcəsinə 290 milyard dollar ziyan vurub. APA TV-nin ABC-yə istinadən məlumatına görə, bu açıqlamanı ölkənin tanınmış iqtisadçı-eksperti Coela Mayersa səsləndirib.


O qeyd edib ki, bu, ölkə tarixində dövlət büdcəsinə təbii fəlakətin vurduğu ən böyük zərərdir.

"İrma" qasırğasının Florida ştatına vurduğu ziyan 100 milyard dollardır, "Harvi" isə Texasa 190 milyard zərər vurub.

Bəzi problemlər, hələlik sığortalar hesabına aradan qaldırılır, lakin dövlət büdcəsindən yenidən məbləğ ayrılması vacibdir.

Xatırladaq ki, prezident Donald Tramp artıq Konqresdən 8 milyard dollar ayrılmasına izn istəyib.
 

X

XƏBƏRLƏR
BÖYÜT