İraq parlamenti "Bərzani referemdumu"nu rədd etdi
15:45 – 12 Sentyabr, 2017

İraq parlamenti kürd muxtariyyətində sentyabrın 25-də keçiriləcək müstəqillik referendumunu səs çoxluğu ilə rədd edib.

 

APA TV-nin məlumatına görə, bunu Şiə Milli Koalisiyasının millət vəkillərindən Ali Safi bildirib.

 

Onun sözlərinə görə, 328 yerlik məclisdə 168 vəkil iştirak edib. Kürd vəkillər parlamenti tərk edib.

 

Məclis baş nazir Heydər əl-İbadiyə İraqın ərazi bütövlüyünün qorunmasından ötrü lazımi tədbirlərin görülməsi üçün səlahiyyət verib.

 

İraq prezidentinin köməkçisi İyad Allavi də referendumla bağlı müzakirələr aparmaq üçün Ərbilə gedib.

 

Qeyd edək ki, Məsud Bərzani aprelin 7-də siyasi partiyalarla keçirdiyi toplantıda referendumun keçiriləcəyini açıqlamışdı. Açıqlamadan sonra İraqın baş naziri seçkilərin ölkə konstitusiyasına uyğun olmadığını bildirmişdi.

 

ABŞ, Türkiyə, ABŞ və İran başda olmaqla bir çox ölkə Ərbilin müstəqillik referendumuna qarşı çıxır. Beynəlxalq qüvvələr seçkilərin ertələnməsini istəyir.

X

XƏBƏRLƏR
BÖYÜT