Azərbaycan prezidenti yeni səfirlərin etimadnaməsini qəbul edib
15:58 – 12 Sentyabr, 2017

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasın etimadnaməsini qəbul edib.

 

APA TV-nin məlumatına görə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas fəxri qarovul dəstəsinin qarşısından keçib.

 

Kestutis Yankauskas etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev sentyabrın 12-də Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyinin etimadnaməsini qəbul edib.

Səfir Viktor Szederkenyi fəxri qarovul dəstəsinin qarşısından keçib.

Viktor Szederkenyi etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Prezident sentyabrın 12-də həmçinin Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevin də etimadnaməsini qəbul edib.

Səfir Rustam Soliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.

Rustam Soliyev etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

X

XƏBƏRLƏR
BÖYÜT