Quzanlıda Qarabağ gənclərinin forumu keçirildi
16:06 – 12 Sentyabr, 2017

Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin "Vətəni müdafiəyə daim hazırıq!" adlı forumu keçirilib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra foruma start verilib.

 

Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində baş tutan forumun təşkilatçıları Dövlət Təhlükəsizliyi Xidməti, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.

 

Çıxış edən natiqlər tədbiri prezident İlham Əliyevin gənc nəslin vətənpərvər, dövlətçilik, xalqımızın maraqlarının etibarlı gələcəyinin təminatçısı kimi yetişməsi, tərbiyə olunması, intellektual potensialının yüksəldilməsi işinə göstərilən diqqət və qayğının əyani nümunəsi kimi qiymətləndirib.

 

Tədbirin sonunda prezident İlham Əliyevə forum iştirakçıları adından müraciət ünvanlanıb.

X

XƏBƏRLƏR
BÖYÜT