İngiltərə Avropadan "boşandı"
16:52 – 12 Sentyabr, 2017

Avropa İttifaqı ölkələrinə aid olan qanunlar İngiltərə ərazisində hüquqi qüvvəsini dayandırıb.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, parlamentin İcmalar Palatası 13 saatlıq müzakirələrdən sonra bununla bağlı qanunu təsdiqləyib.

 

Baş nazir Tereza Mey qərara münasibət bildirərək, bunu tarixi hadisə olaraq dəyərləndirərək, bunu ittifaqla gələcək danışıqlar üçün zəmin adlandırıb. 

 

Bu arada, "Brexit" əleyhdarları təslim olmayacaqlarını açıqlayıb. Onlar ölkənin Avropa İttifaqından çıxmasını nəzərdə tutan qanun layihələrinə düzəlişlərin edilənədək nümayişlərin davam edəcəyini bildirib. 

X

XƏBƏRLƏR
BÖYÜT