Rövşən Lənkəranskinin qətlində adı hallanan şəxs öldürüldü
18:19 – 12 Sentyabr, 2017

Gürcüstan paytaxtının Abanotubani rayonunda öldürülən Azərbaycan vətəndaşının kimliyi məlum olub. O,1975-ci il təvəllüdlü Elçin Məmmədovdur. 


APA-nın yerli bürosunun məlumatına əsasən, onun meyiti “Toyota” markalı avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.

 

E.Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb.

 

Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin iki - düşünülmüş qətl və odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması maddəsi üzrə cinayət işi başlanıb.

 

Faktla bağlı hələlik saxlanılan yoxdur.

X

XƏBƏRLƏR
BÖYÜT