Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 sentyabr
19:27 – 12 Sentyabr, 2017

Türkiyənin Bərzaninin referendum avantürasına reaksiyası quru bəyanatlardan o yana getmir. Halbuki Molla Mustafanın oğlunu bu niyyətdən çəkindirməyə real imkanları olan tək ölkə Türkiyədir. Türkiyənin açdığı “nəfəslik” olmadan Bərzani və tərəfdarları hakimiyyətdə qala bilməzlər. İllərdir davam edən Ankara-Bağdad gərginliyinin səbəbi də Türkiyənin Bərzaniyə gizli-açıq dəstək verməsidir. Bağdad hökuməti haqlı olaraq hesab edir ki, Türkiyə olmadan Bərzani iddialarında bu qədər irəli gedə bilməzdi. Bu gerçəklik indi ictimai rəyə başqa formada manipulyasiya edilir. Bərzani müstəqillik elan etdikdən sonra İraqın şimalının Türkiyəyə birləşdirilməsinə qərar verəcək və bununla Şimali İraq və Kərkük “Misaki-Milli” sərhədləri çərçivəsinə qayıdacaq. Ankaranın Bərzani avantüralarına müdaxilə etməməsinin səbəbi də budur. Bu iddialar zəifliyi ört-basdır edən boş, əsassız, avantüradan başqa bir şey deyil.

 

Vüqar HÜSEYNOV 

X

XƏBƏRLƏR
BÖYÜT