İcra rəsmisini torpaq mübahisəsinə görə bıçaqladılar
01:38 – 13 Sentyabr, 2017

Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Quba Rayon İcra Hakimiyyətinin Memarlıq və inşaat şöbəsinin müdiri Nizaməddin Əmrullayev mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb.

N.Əmrullayev Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər cərrahi əməliyyat olunan yaralının vəziyyətinin orta ağır olduğunu bildirir.

Quba RPŞ-dən verilən məlumata görə, şöbə müdiri N.Əmrullayevi Nügədi kənd sakini Şakir Mədətov bıçaqlanıb. O, polis tərəfindən saxlanılıb. Hadisənin tərəflər arasında yaranmış torpaq mübahisəsi zəminində qeydə alındığı bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT