Həcc ziyarətindən gələnlər var - ZƏVVARLAR VƏTƏNDƏ
02:53 – 13 Sentyabr, 2017

Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarların ilk qrupu Bakıya qayıdıb. APA TV-nin məlumatına görə, azərbaycanlı zəvvarların ilk qrupunu gətirən təyyarə Heydər Əliyev Aeroportuna eniş edib.

Müqəddəs ziyarətə gedənlərin əksəriyyəti yenə də əsasən yaşlı nəslin nümayəndələri idi. Ziyarətdən qayıtdıqdan sonra isə zəvvarların hər birinin üzündən isə məmnunluq və sevinc hissi duyulurdu. Elə təəssüratlar da çox da fərqli deyildi.

Qeyd edək ki, builki kvotada 600 nəfər nəzərdə tutulsa da, Azərbaycandan 900 zəvvar Həccə gedib. İlk qrup bu gecə qayıtdığı halda, növbəti qruplar sentyabrın 13-ü, 14-ü və 15-i vətənə dönəcək.

Qeyd edək ki, bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedib. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir.

X

XƏBƏRLƏR
BÖYÜT