"Qarabağ"ın buraxdığı 6 qol - İCMAL
03:10 – 13 Sentyabr, 2017

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirib. APA TV xəbər verir ki, Ağdam təmsilçisi ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ matçına çıxıb.

Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşib. C qrupunda mübarizə aparan “Qarabağ” I turda “Çelsi” ilə üz-üzə gəlib.

Görüş Londonun məşhur “Stemford Bric” stadionunda baş tutub. Bu, Qurban Qurbanovun yetirmələrinin ikinci London səfəridir. İki il öncə Avropa Liqasının qrupunda ağdamlılar “Tottenhem”lə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə duelinin hər iki səhnəsində britaniyalılar qalib gəlib. “Qarabağ” Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.

İngilislərə qarşı bu oyun da uğursuzluqla yadda qalıb. "Ağdamlılar" ilk matçında 0:6 hesablı məğlubiyyətə üzülüb. Vurulan qollara 5-ci dəqiqədə Pedro, 30-cu dəqiqədə Zappakosta, 56-cı dəqiqədə Azpilikueta, 71-ci dəqiqədə Bokayako və 76-cı dəqiqədə Batşuay imza atıb. 6-cı qol isə "Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin səhvi nəticəsində qapıdan keçib. Ən çox yadda qalan qol isə David Zappakostanın təxminən 40 metr məsafədən vurduğu qol olub. Bu zərbəsini tamamlamaq üçün o, qapıçı meydançasında Kurtuadan ötürmə alıb və üç rəqibini keçərək meydanın sağ küncünə doğru sürətlə irəliləyib.

X

XƏBƏRLƏR
BÖYÜT