Şoyqunun sürpriz Dəməşq səfəri - ƏSƏDLƏ NƏLƏR DANIŞILDI?
11:06 – 13 Sentyabr, 2017

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dəməşqə işgüzar səfəri çərçivəsində Suriya prezidenti Bəşər Əsədlə görüşüb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir: 

 "Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə sentyabrın 12-də Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Dəməşqə işgüzar səfər edərək, Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparıb" - deyə, məlumatda bildirilir.  

 

Görüş zamanı tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlıq, Suriyadakı vəziyyətin sabitləşdirilməsi, habelə İŞİD-in məhvi prosesində Rusiyanın oynadığı rolu müzakirə ediblər. 

 

Rusiyanın müdafiə naziri gərginliyin nisbətən azaldığı bölgələrdə mövqe tutan terrorçularla Suriya hakimiyyətinin mübarizə aparmalı olduğunu qeyd edib.

 

Xatırladaq ki, iyulun 26-da Vladimir Putin Rusiya tərəfindən Suriyada xüsusi aviasiya qrupunun yerləşdirilməsini nəzərdə tutan 49 illik sazişi təsdiqləyib.

 

Qeyd edək ki, 2011-ci ildən bu yana davam edən Suriya münaqişəsi nəticəsində ölənlərin sayı 220 min nəfərə çatıb. 

X

XƏBƏRLƏR
BÖYÜT