Elza bacısı ilə “Tikim sizin ağzınızı” şeirinin ƏSL MƏNASInı dedi
11:31 – 13 Sentyabr, 2017

Şairə, bəstəkar, yoxsa müğənni? Onun mahnıları, yoxsa şeirləri? Bəyənənlər və bəyənməyənlər? Nə üçn Elza Seyidcahanıın şeirləri tənqid atəşinə tutulur?   APA TV-nin "SHOWTIME" layihəsinin növbəti buraxılışında bu suallara Əməkdar artist Elza Seyidcahan özü aydınlıq gətirib. 

Əməkdar artistin dediklərini olduğu kimi təqdim edirik.

 

Müğənninin sözlərinə görə, xalqın, dövlətin gözəl adlarını daşıyan bəzi insanlar həqiqəti danışmırlar: "Bizdə yaradıcılıq xəstəlik həddinə çatıb. Tənqidçilərimiz, yazıçılarımız yaradıcılığa sağlam münasibət göstərməlidirlər".

 

Elza Seyidcahan özünə qarşı həmişə tənqidi nöqteyi-nəzərindən yanaşdığını söyləyib. Müğənni onu tənqid edənlərin ünvanına şeirlə cavab verib: "Nə qədər ki, hamı deyil tam əxlaqlı adam, heç kəs özünü saya bilməz tam əxlaqlı adam".

 

Müğənni kimi fəaliyyətə başlayan Rasimə Seyidcahan bacısının isə şerlərinə belə münasibət bildirib: "Hər bir insanı bəyənən də var, bəyənməyən də. Nə qədər kamil yazsan da, onu bəyənən də olur, bəyənməyən də".

 

Son zamanlar müzakirəyə çevrilmiş və ən çox tənqid edilən "Tikim sizin ağzınızı...." şeri ilə bağlı Elza Seyidcahan bunları deyib: "Ədəbiyyat müəllimləri nə qədər bizə zəng edirlər. Kim olduqlarını heç bilmirəm. Göz yaşları ilə bizə zəng vururlar ki, niyə görə sizin şerinizi filan aparıcı televiziyada səhnəcik qurur ki, guya ki, siz belə yazmışsınız. Deyirlər axı biz ədəbiyyat müəllimiyik, siz o şeri fəlsəfi yanaşma ilə yazmışsınız. Biz xalqımızı tərbiyə edirik. Bəzi aparıcılar öz savadları ilə reytinq yarada bilmirlərsə, kimlərisə aşağılayırlarsa, bu Allaha xoş getmir". Müğənni onun  şerini tənqid edən bəzi yazarların da bostanına daş atıb: "Özlərinə 20 ildir mən yazaram deyib sinələrinə vuranlar, "Elza Seyidcahana yol verməyək" dedilər. Onlarına adlarını çəkmirəm. Çoxu heç ədəbi dildə danışa bilmir. Getsinlər öz danışıqlarına baxsınlar, diksiyalarını düzəltsinlər, sonra efirdə yazar desinlər özlərinə. Sənin nə ixtiyarın var ki, Əməkdar artist, Bəstəkarlar İttifaqının üzvünün yazdığı fikri qoyursan kənara, özünə sərf eləyən, yararsız, insanların tərbiyəsinə xələl gətirən fikrini irəli sürürsən".  Yaradıcılığında qüsur olmadığını iddia edən müğənni, qalmaqallı şerin misralarını da səsləndirib: "Tikim sizin ağzınızı qırxayaq kimi, dartım sızım sapınızı barama kimi. Dartım sıxım sapınızı barama kimi. Görün bu necə fəlsəfi sözdür? Sapı sıxarsan, qurd qalar baramanın içində. Mən onları məhəbbətdə tərbiyə edirəm ki, bir-birimizin vaxtını sosial şəbəkələrdə boş yerə aparmayaq. "Geyim cırım corabımı çatana kimi". Yəni o qədər mən məsuliyyətliyəm, zəhmətkeşəm ki, corabı geyinərsən, çox gəzərsən, corabın cırılar. Məqsədinə çatana qədər. Artıq mən məqsədimə çatdım. Cırın-cırn, siz də geyin, cırın, çatın xəyala batana kimi, tikim sizin ağzınızı boğana kimi, yatağa kimi".   Üzünü yaradıcılığına gülənlərə tutan Elza Seyidcahan özünü dünya şöhrətli Mister Binlə müqayisə edib: "Bəyəm yaradıcılığı ilə, sənəti ilə hər insana nəsib olurmu, hər insanı ağlatsın, ya güldürsün".  

 

"Elza Seyidcahan yenidən ailə quracaqmı?" sualına müğənninin cavabı belə olub: "Böyük məmnuniyyətlə istəyirdim Ceylanı evləndirək. Ceyla da xəstələnib, bu dəqiqə xəstəxanada yatır, əməliyyat olunacaq. İnşa Allah sağalar çıxar, Ceylanın toyunu edərəm" (Ceyla itin adıdır-Red.).  

X

XƏBƏRLƏR
BÖYÜT