Türkiyə Rusiyaya milyonlar ödədi - ABŞ ETİRAZ EDİR
11:40 – 13 Sentyabr, 2017

Moskva ilə Ankara arasında C-400 hava hücumundan müdafiə qabiliyyətli zenit-raket komplekslərinin alınması ilə bağlı razılaşma imzalanıb. APA TV-nin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu şəxsən təsdiqləyib və ilk məbləğin Rusiyaya ödənildiyini bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyə dövləti bu anlaşmanı öz strateji maraqları çərçivəsində imzalayıb.

Bu arada anlaşmaya ilk narahatlıq ABŞ tərəfindən dilə gətirilib. Pentaqon rəsmisi Conni Maykl bu barədə rəsmi Ankaranın məlumatlandırıldığını deyib:

"Türkiyənin bölgədə təhlükələrdən qorunmaq üçün ən yaxşı seçimi NATO sistemlərindən istifadədir".

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauret də Pentaqon rəsmisinin fikirlərinə qoşulub:

"Əgər Türkiyə Rusiyadan C-400 sistemləri alırsa, bu standartlarımıza uyğun gəlmir və bizi narahat etməyə bilməz" - deyə, o əlavə edib.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT