Saakaşvili Ukraynada yoxa çıxdı - MÜƏMMA
12:29 – 13 Sentyabr, 2017

Mixail Saakaşvili Ukraynada yoxa çıxıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, o, hazırda Lvovda, qaldığı hoteldə yoxdur.


Gürcü liderin dünən gecə hoteldən çıxdığı və geri dönmədiyi deyilir. O, "Donbas" batalyonuna məxsus mikroavtobusa oturub və naməlum istiqamətə gedib. Az sonra mikroavtobus geri dönsə də, Saakaşvili onun içində olmayıb.

Onun cangüdənləri siyasətçinin heç yerə hazırlaşmadığını, öz nömrəsində gecələməyi planlaşdırdığını bildiriblər.

Eks-qubernatorun vəkili onun Çernovtsı şəhərinə gedə biləcəyini bildirib. Hüquq-mühafizə orqanları isə Saakaşvilinin Lvovu tərk etmədiyindən əmindirlər.

Xatırladaq ki, Mixail Saakaşvili vətəndaşlığından çıxarıldığı Ukrayna ərazisinə tərəfdarları ilə bərabər sentyabrın 10-da "Şegini" keçid-məntəqəsindən daxil olub.


Ukrayna hökuməti həmin vaxt sərhəddə baş verən insident zamanı 22 sərhəd xidməti əməkdaşının xəsarət aldığı barədə məlumat yayıb. Baş verən hadisə ilə bağlı Lvov polisində cinayət işi açılıb, araşdırmalar gedir. Məhkəmə isə işə sentyabrın 18-də baxacaq.

X

XƏBƏRLƏR
BÖYÜT