"Aprel döyüşləri Azərbaycanın gücünü göstərdi, hər kəs ağlını başına yığsın!" - SƏFİRDƏN AÇIQLAMA
14:48 – 13 Sentyabr, 2017

"Türkiyə ilə Azərbaycan iki qardaş dövlətdir. Bu gün Azərbaycanın və Türkiyənin ən böyük problemi Qarabağ məsələsidir".

 

APA TV-nin məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

 

Onun sözlərinə görə, Türkiyə hər zaman Azərbaycanın yanında olaraq bu problemin diplomatik, müzakirələr, sülh yolu, Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində həllini arzu edib və bu mövqe heç zaman dəyişməyəcək: "Problemin qısa zamanda yurd-yuvasından qaçqın və məcburi köçkün olan vətəndaşların öz torpaqlarına qayıdacağı şəkildə həll edilməsini istəyirik. Hər şeydən önəmli bu problemin sülh yolu ilə həll edilməsidir. Müzakirələrin nəticə verməsi üçün hər kəs məsuliyyətini dərk etməli, ağlını başına yığmalıdır. Aprel hadisələri bizə Azərbaycanın Ordusunun nələrə qadir olduğunu göstərdi. Hər kəs bunu görməlidir".

 

X

XƏBƏRLƏR
BÖYÜT