Sumqayıtda uşaq davası böyüdü - DAYI TAPANÇA ÇIXARDI
15:35 – 13 Sentyabr, 2017

Sumqayıtda qonşular arasında dava olub, onlardan biri digərinin evinə gələrək üstünə silah çəkib.

 

APA TV-nin məlumatına görə, Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfərin xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb xəsarət yetirdikləri, daha sonra isə onun evinə hücum edərək tapança ilə hədələdikləri barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olub.

 

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakinləri Anar Tağızadə və Qabil Əliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub.

 

Anar Tağızadə ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib: "Getdim evlərinə, evlərini tanımırdım, soruşdum. Bunu görən kimi daha da əsəbiləşdim. Çatan kimi bunu vurdum yumruqla. Sonra eşitdim ki, bu, ailə üzvlərimi təhqir də edib".    

 

 A.Tağızadənin idarə etdiyi avtomobilə baxış zamanı hadisə zamanı istifadə etdiyi 1 ədəd pnevmatik, həmçinin əlavə olaraq 1 ədəd idman tapançası aşkar olunaraq götürülüb.

 

İlkin ifadəsi zamanı A.Tağızadə bacısı uşaqlarının qonşunun oğlu tərəfindən döyüldüyünü deyib. Məsələni ayırd etmək üçün qonşunun evinə gedən Anar Tağızadə təhqir olunduğundan, tanışı Qabil Əliyevi götürərək gəlib Mirmehdi Cəfərovu döyüblər. Daha sonra qorxutmaq məqsədilə silahla evinə hücum edib.

 

Faktla bağlı cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT